Heybətullah Axundzadə: “Əfqanıstan şəriət qanunları ilə idarə olunacaq” - VİDEO

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə

© APA | “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə

# 07 sentyabr 2021 21:00 (UTC +04:00)

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda şəriət qanunlarının qüvvədə olacağını söyləyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bununla bağlı “Taliban” lideri bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi məsələləri müqəddəs şəriət qanunları ilə tənzimlənəcək: “Biz qonşularımızla və digər ölkələrlə hörmət və qarşılıqlı əlaqəyə əsaslanan güclü və sağlam münasibətlər istəyirik. Bu ölkələrlə münasibətlərimiz Əfqanıstanın maraq və mənfəətləri üzərində qurulacaq. Biz bütün beynəlxalq qanunlara, razılaşmalara, qətnamələrə və öhdəliklərə sadiqik”.

Bəyanatda daha sonra vurğulanıb ki, “İslam Əmirliyi" (“Taliban” siyasi sisteminin adı) müqəddəs İslam dininin tələbləri daxilində insan haqlarını, azlıqlarını qorumaq üçün ciddi və təsirli addımlar atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR