Hindistanda doqquz minə yaxın "qara kif"ə yoluxma halı qeydə alınıb

Hindistanda doqquz minə yaxın "qara kif"ə yoluxma halı qeydə alınıb
# 23 may 2021 14:41 (UTC +04:00)

Hindistanda "qara kif" adı ilə tanınan göbələk xəstəliyinə artıq  8.800-dən çox yoluxma qeydə alınıb.

APA bildirir ki, bu barədə ölkənin kimyəvi sənaye naziri Sadananda Govda bildirib.

O deyib ki, müxtəlif əyalətlərdə artan yoluxma hadisələrinin ətraflı analizindən sonra, bu gün bütün bölgələrə cəmi 23.680 flakon Amfoterisin-B (göbələk əleyhinə vasitə) paylanılıb:

“Bu təyinat ümumilikdə 8848 nəfər olan ümumi xəstələrin sayına əsasən aparılıb”.

Nazir bu xəstəlikdən ən çox Gudjarat əyalətinin əziyyət çəkdiyini qeyd edib: “Orada 2281 yoluxma halı qeydə alınıb”.

Qeyd edək ki, ölkənin Maharashtra, Andhra Pradesh və Telangana əyalətlərində xəstələr müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR