Hindistanda güclü leysan nəticəsində 129 nəfər ölüb, 80 nəfərdən çox itkin düşüb

Hindistanda güclü leysan nəticəsində 129 nəfər ölüb, 80 nəfərdən çox itkin düşüb
# 24 iyul 2021 02:11 (UTC +04:00)

Hindistanın qərbində Maharaştra ştatında son 48 saatda güclü leysan səbəbindən baş verən torpaq sürüşməsi nəticəsində 129 nəfər ölüb.

APA “The Times of India” nəşrinə istinadən xəbər verir ki, 80-dən çox insan itkin düşüb.

Torpaq sürüşməsi binaların çökməsinə səbəb olub.

Leysan Rayqad, Ratnaqiri və Satara bölgələrində, həmçinin, Mumbay metropolunda ciddi fəsadlar törədib.

Mütəxəssislərin fikrincə, bu cür güclü musson yağışları, təxminən son 40 ildə ilk dəfə qeydə alınıb.

Maharaştranın bəzi ərazilərinə gün ərzində 400-600 mm yağıntı düşüb.

Fəlakət bölgələrində xilasetmə işləri davam edir.

Ştat səlahiyyətliləri milli donanmadan kömək istəyib. Ölkənin Qərb Dəniz Komandanlığı mülki administrasiyaya kömək etmək üçün xilasetmə qruplarını və hərbi helikopterləri əraziyə səfərbər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR