Hindistanda kimya zavodunda yanğın zamanı ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Hindistanda kimya zavodunda yanğın zamanı ölənlərin sayı 15-ə çatıb - <span class="red_color">YENİLƏNİB</span>
# 08 iyun 2021 00:25 (UTC +04:00)

Hindistanın Puna şəhəri yaxınlığındakı sənaye zonasında yerləşən kimya zavodunda güclü yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb.

APA "sputnik"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər itkin düşüb.

***

21:06

Hindistanın Puna şəhəri yaxınlığındakı sənaye zonasında yerləşən kimya zavodunda güclü yanğın baş verib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhərin Yanğından mühafizə idarəsi məlumat yayıb.

Zavoddan NDTV telekanalına bildirilib ki, yanğından sonra 14 nəfərin cəsədi tapılıb. Bir neçə nəfərin itkin düşdüyü də vurğulanıb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR