Hindistanda koronavirusa yoluxanların sayı 24 milyonu ötüb

Hindistanda koronavirusa yoluxanların sayı 24 milyonu ötüb
# 14 may 2021 09:51 (UTC +04:00)

Son sutka ərzində Hindistanda 343 144 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 046 809-a çatıb.

APA xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin açıqlamasında deyilir.

Hindistanda üç həftə ardıcıl olaraq (22 apreldən bəri) gündəlik yoluxma sayı 300 min həddini ötür, may ayında sutkalıq yoluxma 400 min həddini beş dəfə keçib.

Ölkədə koronavirusdan ölənlərin sayı son 24 saat ərzində 4 min nəfər artaraq 262 317-yə, sağalan xəstələrin sayı isə ərzində 344 776 nəfər artaraq 20 079 599-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR