Hindistanda leysan yağışları 33 nəfərin ölümünə səbəb olub

Hindistanda leysan yağışları 33 nəfərin ölümünə səbəb olub
# 19 iyul 2021 14:01 (UTC +04:00)

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbauy şəhərinə yağan sel yağışları nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb, 6 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Times of India" qəzeti yazır.

Bundan əvvəl torpaq sürüşməsi nəticəsində 25 nəfərin öldüyü bildirilmişdi.

Qəzetin yazdığına görə, insanların ölümünə iki sürüşmə və binanın çökməsi səbəb olub, üç nəfər elektrik cərəyanının vurması nəticəsində ölüb.

Hindistan Meteoroloji Bürosu Mumbayda yağan güclü yağışlarla bağlı "Qırmızı" dərəcəli həyəcan xəbərdarlığı edib. Yağan leysan yağışları səbəbindən şəhər sakinlərinin elektrik enerjisi və su təchizatında fasilələrlə üzləşdikləri qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR