Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB
# 17 oktyabr 2021 09:33 (UTC +04:00)

Hindistanın Kerala ştatında leysan yağışların yol açdığı torpaq sürüşməsi, subasma və dağıntılar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Onlarla insan itkin düşüb.

***

saat 04.16

Hindistanın Kerala ştatının bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb, təxminən 18 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri hökumətindəki rəsmi mənbələrə istinadən məlumat yayıb.

Ölkənin Meteoroloji departamenti ştatın 6 rayonunda fövqəladə vəziyyət elan edib.

Hökumət tərəfindən ştatda məskunlaşan azı 5000 ailə təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR