Hindistanda son sutkada 267334 nəfər COVID-19-a yoluxub

Hindistanda son sutkada 267334 nəfər COVID-19-a yoluxub
# 19 may 2021 10:55 (UTC +04:00)

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 267 334 yoluxma qeydə alınıb.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 25 496 330 nəfərə çatıb.

Son 24 saat ərzində 4 529 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 283 248 nəfərə yüksəlib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyədək peyvənd olunanların sayı isə 185 809 302 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR