Hindistanda xəstəxanada baş verən yanğında 10 nəfər ölüb

Hindistanda xəstəxanada baş verən yanğında 10 nəfər ölüb
# 06 noyabr 2021 17:00 (UTC +04:00)

Hindistanın qərbindəki Maharaştra ştatında bu gün xəstəxanada baş verən yanğın nəticəsində reanimasiya şöbəsində koronavirusdan müalicə alan 10 nəfər ölüb. Daha 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

APA-nın məlumatına görə, bu barədə "Sinhua" agentliyi yazır.

Ştatın Baş naziri Uddhav Tekkerey aidiyyəti idarələrdən hadisənin səbəblərini araşdırmağı tələb edib.

Yerli mətbuatın məlumatına görə, xəstəxanada yanğın nəzarət altına alınıb. Hadisə zamanı ilk olaraq reanimasiya şöbəsinin yerləşdiyi xəstəxananın birinci mərtəbəsi yanıb.

Yanğının Hindistanın ənənəvi atəşfəşanlıq adət etdiyi Divali yanğınları festivalı ilə əlaqəli olub-olmadığı məlum deyil.

Hindistanda hər il xəstəxana yanğınları baş verir. Bu ilin martında Mumbayda xəstəxanada yanğın baş verib, nəticədə azı 10 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR