Hindistanın Baş Qərargah rəisi helikopter qəzasında həlak olub - VİDEO - YENİLƏNİB

Hindistan Baş Qərargah rəisi

© APA | Hindistan Baş Qərargah rəisi

# 08 dekabr 2021 17:33 (UTC +04:00)

Hindistanın Baş Qərargah rəisi Bipin Ravat helikopter qəzasında həlak olub.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin "Twitter" səhifəsində bildirilib.

Generalla birlikdə helikopterin göyərtəsində olan daha 11 nəfər ölüb.

Qəzadan yalnız kapitan Varun Sinqxin sağ çıxdığı bildirilib.

Helikopterin hava şəraitinin kəskin pisləşməsi ilə bağlı qəzaya uğradığı ehtimal olunur.

***

13:22

Hindistanın Baş Qərargah rəisinin olduğu hərbi helikopter qəzaya uğrayıb.

APA-nın ANI agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Hindistanın Tamil-Nadu ştatında, Sulur şəhərinin ərazisində baş verib.

Mənbələrin verdiyi məlumata görə, helikopterin göyərtəsində Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı Madhulika Ravat, eyni zamanda, köməkçisi də daxil olmaqla 14 nəfər olub.

Hadisə yerinə gələn zabitlər ağır yanıq xəsarəti almış iki şəxsin sakinlər tərəfindən xəstəxanaya çatdırıldığını bildirib. Axtarış və xilasetmə işlərinin davam etdiyi bildirlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR