Hulusi Akar: “Fərat Qalxanı” Hərəkatı bölgəsində 7 terrorçu məhv edilib”

Hulusi Akar, Türkiyənin müdafiə naziri

© APA | Hulusi Akar, Türkiyənin müdafiə naziri

# 25 iyul 2021 15:45 (UTC +04:00)

"Fərat Qalxanı” Hərəkatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı xain terror hücum edən terrorçuların cavabı yetərincə verilib, onların döyüş mövqeləri və ən az 7 terrorçu məhv edilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, şəhidlərin qanını yerdə qoymadılar, qoymayacaqlar: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, dünən Suriya ilə Türkiyə sərhədində yerləşən, Türkiyə Ordusunun antiterror əməliyyatı apardığı “Fərat qalxanı” bölgəsində terror aktı törədilib, Türkiyə ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 2-si yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR