Husilərin "briqada generalı" qarşıdurmalar zamanı öldürülüb

Husilərin "briqada generalı" qarşıdurmalar zamanı öldürülüb
# 09 iyun 2021 08:21 (UTC +04:00)

“Ənsar Allah” (Husilər) hərəkatının səhra komandiri Əbu Haşim Şərafəddin Yəmənin Əl-Ceuf əyalətindəki qarşıdurmalar zamanı öldürülüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, qarşıdurmalar Yəmənin şimal-şərqindəki Əl-Cuff əyalətində baş verib. Yəmən ordusundan olan mənbələr telekanala öldürülənin “briqada generalı” rütbəsində olduğunu və Əl-Caufdakı “Xəncər cəbhəsi”nə komandanlıq etdiyini bildirib.

Döyüşlərdə onlarla “Ənsar Allah” üzvünün öldürüldüyü də qeyd olunur. Əl-Caufdakı gərgin döyüşlər son bir neçə gün davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR