İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib  - VİDEO - YENİLƏNİB

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 19 iyun 2021 10:53 (UTC +04:00)

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.

İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsin Rezayi, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Himməti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR