İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib
# 02 noyabr 2021 23:05 (UTC +04:00)

Bu gün İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 355 minə yaxın insanın yaşadığı Ambon şəhərindən 457 km cənub-şərqdə olub.

Zəlzələnin ocağı 95 km dərinlikdə yerləşib.

Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR