İndoneziyada həbsxanada baş verən yanğın nəticəsində 40 nəfər ölüb

İndoneziyada həbsxanada baş verən yanğın nəticəsində 40 nəfər ölüb
# 08 sentyabr 2021 08:42 (UTC +04:00)

İndoneziyanın Banten əyalətinin Tangeranq şəhərində yeləşən həbsxanada güclü yanğın baş verib.

APA “CNN Indonesia” telekanalına istinadən xəbər verir ki, yanğın nəticəsində azı 40 ölüb, çox sayda xəsarət alanlar olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların sayı dəqiqləşdirilməyib.

Reuters-in xəbərinə görə həbsxana binasında yanğın gecə saatlarında başlayıb. Artıq yanğının söndürüldüyü bildirilib. Digər məhbuslar təxliyə edilib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR