İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO - YENİLƏNİB

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO  - YENİLƏNİB
# 05 dekabr 2021 09:39 (UTC +04:00)

İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA bildirir ki, bu barədə Detik xəbər portalına Baş nazirinin müavini Lumajang İnda Ampervati bildirib.

Baş nazirin müavini qeyd edib ki, bu gün daha 12 nəfərin cəsədi tapılıb:

“Bir yerli sakinin ölümü isə şənbə günü təsdiqlənib”.

Rayon icra başçısının müavini isə qeyd edib ki, xilasedicilər axtarış işlərini davam etdirirlər.

Onlarla insan təbii fəlakət nəticəsində yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Portalın yaydığı məlumatda qeyd edilir ki, yerli sakinlər erkən xəbərdarlıq sisteminin işləmədiyini, buna görə də bir çoxlarının evlərini tərk etməyə vaxt tapmadığını bildiriblər.

Semeru vulkanının aktivliyində artım şənbə günü yerli vaxtla təxminən saat 15:20-də qeydə alınıb.

***

4 dekabr saat 23:35

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanının püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə rayon administrasiyası rəhbərinin müavini İndah Masdar bildirib.

Onun sözlərinə görə, yaraılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb: “Yaxınlıqdakı sakinlər təxliyə edilir. Əraziyə qatı tüstü dumanı çöküb. Bu, xilasedicilərin işini çətinləşdirir. Püskürmə nəticəsində ətrafa sıçrayan vulkan külü yollardan birini bağlayıb, ərazidəki körpü tamamilə dağılıb”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR