İordan çayının qərb sahilində İsrail əsgərləri ilə toqquşmalarda 300-dək fələstinli yaralanıb

İordan çayının qərb sahilində İsrail əsgərləri ilə toqquşmalarda 300-dək fələstinli yaralanıb
# 05 iyun 2021 03:26 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalarda yaralanan fələstinlilərin sayı 293-ə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırmızı Aypara cəmiyyətindən bildirilib.

Bundan qabaq cümə günü ərzində 23 fələstinlinin yaralandığı bildirilirdi.

“Qərb sahilində Nablus şəhəri yaxınlığındakı Bita və Beyt Dəcan bölgələrində İsrail əsgərləri ilə toqquşmalarda 293 fələstinli yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, onlardan 26-sı odlu silahdan açılan güllələrdən yaralanıb və Nablus xəstəxanalarına yerləşdirilib.

Bildirilir ki, toqquşmalar Şərqi Qüdsdəki məhəllələrin birində fələstinlilərin evlərindən çıxarılması ilə bağlı İsrail məhkəməsinin qərarına etiraz olaraq “Şeyx Cərrahı xilas edin” şüarı altında təşkil edilmiş yürüş zamanı baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR