İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini Kərəcdəki obyektə buraxmayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi

© APA | Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi

# 27 sentyabr 2021 02:26 (UTC +04:00)

İran bundan əvvəl əldə edilmiş razılaşmalara baxmayaraq, müşahidə kameralarının incələnməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin Kərəcdəki obyektə girməsinə icazə verməyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Agentliyin Baş direktoru Rafael Qrossi İranla bağlı son hesabatında qeyd edib ki, rəsmi Tehran 20-22 sentyabr tarixlərində BAEA müfəttişlərinə İrandakı bütün lazımi obyektlərdə monitorinq və müşahidə qurğularını yoxlamağa və informasiya daşıyıcılarını dəyişdirməyə icazə verib. Təkcə Kərəcdə santrifuq komponentlərinin istehsal edildiyi TESA kompleksindəki obyektə daxil olmağa şərait yaradılmayıb. Burada müşahidə kameraları quraşdırmaq və ya bu obyektdə rotor boruları və santrifuq maddələrinin istehsalının bərpa olunub-olnmadığını yoxlamaq istəyən agentlik əməkdaşlarına giriş izni verilməyib.

“Baş direktor vurğulayır ki, agentliyə Kərəcdəki TESA kompleksində santrifuq komponentləri emalatxanasına giriş izninin verilməməsi ilə bağlı Tehranın qərarı BAEA-nın Baş direktoru ilə İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin 12 sentyabrda verdikləri birgə bəyanatın şərtlərinə ziddir”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR