İran İslam Respublikasının ilk prezidenti vəfat edib

Əbülhəsən Bənisədr

© APA | Əbülhəsən Bənisədr

# 09 oktyabr 2021 14:12 (UTC +04:00)

İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr 88 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran İslam Respublikasının ilk prezidenti Parisdə Salpetrier xəstəxanasında vəfat edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Əbülhəsən Bənisədr uzun müddət idi Fransada yaşayırdı. O, islam inqilabından sonra, 5 fevral 1980-20 iyun 1981-ci illər arasında İran İslam Respublikasının ilk prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR