İran özünün nüvə proqramını gerçəkləşdirməkdə qərarlıdır

Rafael Qrossi, Məhəmməd İslami

© APA | Rafael Qrossi, Məhəmməd İslami

# 23 noyabr 2021 14:39 (UTC +04:00)

“İran öz nüvə proqramını davam etdirməkdə qərarlıdır və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana yardım edəcək”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O deyib ki, AEBA rəhbəri ilə görüşdə İranın nüvə proqramından yayınması ilə bağlı iddialara cavab verilib.

Rafael Qrossi İranla müştərək iş aparılacağını qeyd edib: “Biz razılaşdıq ki, şəffaflaşma sahəsində müştərək iş aparaq və əməkdaşlığımızı davam etdirək”.

O vurğulayıb ki, bu gün çox sıx və qısa müzakirələr aparılıb, qərara alınıb ki, müzakirələr davam etdirilsin.

Qeyd edək ki, R. Qrossi bu gün İran XİN rəhbəri ilə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR