İran Parlamenti sosial şəbəkələrə məhdudiyyətlərlə bağlı qanunu sınaq müddəti üçün qəbul edib

İran Parlamenti sosial şəbəkələrə məhdudiyyətlərlə bağlı qanunu sınaq müddəti üçün qəbul edib
# 28 iyul 2021 16:45 (UTC +04:00)

İran Parlamenti bu gün keçirdiyi səsvermədə xarici sosial və mesajlaşma şəbəkələrinə məhdudiyyətlərin tətbiq edilməsilə bağlı qanun layihəsini sınaq müddəti üçün qəbul edib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Parlamentinin üzvlərindən 121-i qanun layihəsinin icrasının lehinə, 74-ü isə əleyhinə səs verib, 9 nəfər isə səsvermədən imtina edib. İran Parlamenti bu qanun layihəsinin ölkənin konstitusiyasının 85-ci maddəsinə əsasən qəbul edildiyini bildirir.

Qanun layihəsi ölkənin “Nəzarət Şurası” tərəfindən qəbul ediləcəyi təqdirdə sınaq müddəti üçün icra ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR