İran parlamenti yeni hökumətin tərkibini təsdiqləyib

İran parlamenti yeni hökumətin tərkibini təsdiqləyib
# 25 avqust 2021 19:01 (UTC +04:00)

İran parlamentində avqustun 14-dən müzakirə olunan yeni hökuməti tərkibi bu gün təsdiqlənib.

APA-nın Tehran bürosunun məlumatına görə, avqustun 25-də keçirilmiş son iclasda 290 millət vəkili iştirak edib.

Prezident İbrahim Rəsininin nazir vəzifəsinə irəli sürdüyü 19 şəxsdən 18-i deputatların etimad səsini ala bilib.

Təhsil naziri vəzifəsinə təqdim olunan Hüseyn Bağqolini isə parlament nazir vəzifəsinə təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR