İran parlamentinin sədri Türkiyəyə səfər edib

Məhəmməd Baqir Qalibaf

© APA | Məhəmməd Baqir Qalibaf

# 08 dekabr 2021 18:59 (UTC +04:00)

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Türkiyəyə səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, o, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 16-cı Konfransında iştirak edəcək.

“Bu səfərdə İslam və region ölkələrinin parlamentlərinin sədrləri arasında ikitərəfli danışıqlar üçün imkan olacaq”, - İran parlamentinin sədri deyib.

O qeyd edib ki, İran və Türkiyə əlaqələrinin genişləndirilməsi də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR