İran “Qəzza” adlı PUA-nı təqdim edib - FOTO

“Qəzza” adlı PUA

© APA | “Qəzza” adlı PUA

# 21 may 2021 14:00 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 3 strateji hərbi məhsulun təqdimatını keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasimində SEPAH-ın komandanı general-mayor Hüseyn Səlami iştirak edib.

Təqdimat mərasimində ilk olaraq “Qəzza” adlı super-ağır və geniş gövdəli pilotsuz uçuş təyyarəsi (PUA) təqdim olunub. Bildirilib ki, PUA 35 saat müddətində havada qalır, müşahidə, döyüş və kəşfiyyat əməliyyatları həyata keçirir. Pilotsuz uçuş təyyarəsi 13 bomba daşıma, 2 min km məsafədə əməliyyat keçirmə gücünə malikdir.

Bundan başqa, “9 dey” zenit-raket kompleksi də təqdim olunub. Zenit-raket kompleksi kruz raketləri, döyüş təyyarələri və pilotsuz uçuş təyyarələrini məhvetmə gücünə malikdir.

Üçüncü məhsul isə “Qüds” kiçik radar sistemidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR