İran uranı 20%-yə qədər zənginləşdirmək planları barədə BAEA-ya məlumat verib

İran uranı 20%-yə qədər zənginləşdirmək planları barədə BAEA-ya məlumat verib
# 07 iyul 2021 19:46 (UTC +04:00)
İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Tehranda nüvə tədqiqat reaktoru üçün nəzərdə tutulmuş yanacaq plitələrinin istehsalı üçün uranın 20%-ə qədər zənginləşdirməyə başlamaq niyyəti barədə məlumat verib.
APA xəbər verir ki, bu barədə İranın “PressTV”-yə ölkənin BAEA yanında Daimi Nümayəndəsi Kazem Qaribadadi bildirib.
Onun sözlərinə görə, metalik urandan hazırlanmış yanacaq lövhələri, istehsal texnologiyasında az sayda ölkənin sahib olduğu müasir nüvə yanacağı növüdür.
Qaribadadi bildirib ki, yeni texnologiya həm də nüvə tibbindən daha səmərəli istifadəyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR