İran uranı 60 faizə qədər zənginləşdirməyə davam edir

İran uranı 60 faizə qədər zənginləşdirməyə davam edir
# 25 may 2021 06:18 (UTC +04:00)

“İran uranın zənginləşdirilməsi prosesini 60 faiz səviyyəsinə qədər davam etdirir”.

APA “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlamasında deyib.

O bildirib ki, hazırda İran 20 faizə qədər zənginləşdirilmiş 90 kq-dan çox urana sahibdir.

Qeyd edək ki, İran rəhbərliyi əvvəllər Natanz müəssisəsində uranın 60 faizə qədər zənginləşdirilməsi barədə qərarın 11 aprel tarixində verildiyini bildirmişdi. Respublika Prezidenti Həsən Ruhani zənginləşdirmənin dinc məqsədlər üçün və MAQATE nəzarəti altında həyata keçiriləcəyini vurğulamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR