İranda 6,4 və 6,3 maqnitudalı iki ardıcıl zəlzələ olub, 2 nəfər ölüb - YENİLƏNİB-4 - VİDEO

İranda 6,4 və 6,3 maqnitudalı iki ardıcıl zəlzələ olub, 2 nəfər ölüb - YENİLƏNİB-4  - VİDEO
# 14 noyabr 2021 18:07 (UTC +04:00)

İranda baş verən 6,4 və 6,4 maqnitudalı zəlzələlər nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
***

saat 17.28

Bu gün yerli vaxtla saat 15.36 radələrində İranın Hürmüzgan əyalətinin Keşm qəsəbəsində 6,4 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.
Yerli vaxtla saat 15.37 radələrində isə Keşm qəsəbəsinin Laft bölgəsində 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
***

saat 17.07

İranda 6,1 maqnitudalı zəlzələdən 1 dəqiqə sonra 6,4 maqnitudalı daha bir zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Zəlzələ nəticəsində torpaq sürüşməsi baş verib.
Zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan öncə İranda 6,1 maqnitudalı zəlzələ baş verdiyi bildirilmişdi.

***

saat 16.25

İranın cənubunda 6,1 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin ocağının Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşdiyi barədə məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
***

saat 10.36

İranda 4,5 bal gücündə zəlzələ olub.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar İranın Fars əyalətinin Cuyəm bölgəsində baş verib.
Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR