İranda avtobus yük maşını ilə toqquşub, 3 nəfər ölüb, 19 nəfər yaralanıb

İranda avtobus yük maşını ilə toqquşub, 3 nəfər ölüb, 19 nəfər yaralanıb
# 04 noyabr 2021 12:13 (UTC +04:00)

İranda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.

APA-nın Tehran bürosunun xəbərinə görə, qəza Kürdüstan əyalətində, Saqqız-Divandərə magistral yolunda qeydə alınıb.

Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR