İranda COVID-19-dan ölənlərin sayı 83 mini ötüb

İranda COVID-19-dan ölənlərin sayı 83 mini ötüb
# 21 iyun 2021 14:07 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 136 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 83 101 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 485 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 105 620 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR