İranda cümə axşamı günləri dövlət idarələri və təşkilatların fəaliyyəti dayandırılacaq

İranda cümə axşamı günləri dövlət idarələri və təşkilatların fəaliyyəti dayandırılacaq
# 07 iyul 2021 14:17 (UTC +04:00)

İranda strateji əhəmiyyət daşıyan sahələrin, o cümlədən əhalinin elektrik enerjisi ilə təmin olunması məqsədilə bu gündən etibarən avqustun 22-dək həftənin cümə axşamı günləri dövlət idarələri və təşkilatların fəaliyyəti dayandırılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bununla əlaqədar İranın Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində elektrik enerjisinin verilişinin kütləvi kəsilməsi halları artıb. Bu da insanların etirazlarına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR