İranda daha 160 nəfər COVID-19-dan ölüb

İranda daha 160 nəfər COVID-19-dan ölüb
# 02 noyabr 2021 15:17 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 160 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 126 616 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 104 nəfər koronavirusa yoluxub, COVID-19-a yoluxanların ümumi sayı 5 944 599 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR