İranda daha 229  nəfər koronavirusdan ölüb

İranda daha 229  nəfər koronavirusdan ölüb
# 20 may 2021 14:08 (UTC +04:00)

İranda ötən sutka ərzində 229 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 77 994 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 12 428 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 804 632 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR