İranda daha 364 nəfər COVID-19-dan ölüb

İranda daha 364 nəfər COVID-19-dan ölüb
# 17 sentyabr 2021 14:24 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 364 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 116 436 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 17 605 nəfər COVID-19-a yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 5 396 013 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR