İranda daha 452 nəfər koronavirusdan ölüb

İranda daha 452 nəfər koronavirusdan ölüb
# 15 sentyabr 2021 14:08 (UTC +04:00)

İranda ötən sutka ərzində 452 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 115 619 nəfərə yüksəlib.

Ölkədə son 24 saat ərzində 19 731 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda COVID-19-a yoluxanların sayı 5 360 387 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR