İranda elektrik enerjisinin kəsilməsi kütləvi hal alır

İranda elektrik enerjisinin verilişində fasilələr yaranıb

© APA | İranda elektrik enerjisinin verilişində fasilələr yaranıb

# 06 iyul 2021 15:50 (UTC +04:00)

İranın müxtəlif bölgələrində elektrik enerjisinin verilişinin kütləvi kəsilməsi halları artıb.

APA-nın Tehran bürosu xəbər verir ki, İran Prezidenti Həsən Ruhani elektrik enerjisinin kəsilməsinə görə, əhalidən üzr istəyib.

Ötən günlərdə İranda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bu da insanların etirazlarına səbəb olub. İran Məhkəmə Sisteminin rəhbəri bu gün ölkənin baş prokuroruna elektrik enerjsiinin verilişinin kəsilməsinin səbəblərinin araşdırılması barədə göstəriş verib.

H.Ruhani bu gün verdiyi açıqlamada bildirb ki, ölkədə yağıntıların 52 faiz azalması su bəndlərində elektrik enerjsinin istehsalını dayandırıb. Onun sözlərinə görə, ölkədəki su bəndləriundən yalnız ikisində elektrik stansiyasi qismən işləyir.

İran Prezidenti deyib ki, son vaxtlar işıqların söndürülməsi ölkədəki elektrik sistemində anidən çökmə baş verməsinin qarşısını almaq üçündür.

H.Ruhani, eyni zamanda, əhalidən işıqların söndürülməsi nəticəsində üzləşdikləri problemlərə görə üzr istyəib və hamıya indiki şəraitdə elektrik enerjisinin istifadəsində israfçılığa yol verməməyi tövsiyə edib.

İranın Elektrik İstehsalı və Paylanması üzrə Elektrik Sənayesi sözçüsü Mustafa Rəcəbi bildirib ki, dövlət ixracatı azaltmağa və hətta elektrik enerjisi ixracatına dair müqavilələri dayandırmağa çalışır. Onun sözlərinə görə, İran hazırda Azərbaycan, Türkmənistan və Ermənistandan elektrik enerjisi idxal edir: “Ölkə elektrik enerjisinin idxalını 650 meqavata qədər artırmaq istəyir. Yaxın günlərdə vəziyyətin nisbətən yaxşılaşması üçün işlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR