İranda elektrik enerjisinin kəsilməsinə görə 3 nəfər həbs olunub

İranda elektrik enerjisinin kəsilməsinə görə 3 nəfər həbs olunub
# 08 iyul 2021 16:40 (UTC +04:00)

İranda ölkənin elektirk paylayıcı stansiyasının 3 əməkdaşı təxribat törədərək elektrik enerjsinin verilişini əngəlləməkdə ittiham olunaraq həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu "Fars" agentliyi mənbəyə istinadla bildirib. Məlumatda qeyd olunur ki, həmin şəxslər ölkədən kənarda inqilaba zidd qruplarla əlbir olaraq qəsdən təxribat törədərək ölkənin böyük şəhərlərində elektrik enerjisinin verilməsini dayandırıblar.

Məlumatda həmin şəxslərin törətdiyi təxribatı etiraf etdikləri bildirilib. Onların kimliyi və hansi stansiyada təxribat törətdikləri açıqlanmayıb.

Hazırda digər şəxslərin də müyyənləşməsi üçün cinayət işi açıldığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR