İranda etiraz aksiyası keçirilib

İranda etiraz aksiyası keçirilib
# 19 noyabr 2021 13:40 (UTC +04:00)

İsfahanda əkinçilər etiraz aksiyası keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, əyalət kəndlərindən toplaşmış çox sayda əkinçi və İsfahan şəhərinin əhalisi aksiyada Zayəndərud çayının qurumasını pisləyib.

Etirazçılar məsul şəxslərdən çayın qurumasının qarşısının alınması üçün üçün işlər görülməsini tələb ediblər. Onlar həmçinin əkinlərin su çatışmazlığından əziyyət çəkdiyini və bunun üçün tədbir görülməsini tələb ediblər.

İsfahan şəhərinin mərkəzində yerləşən "Xacu" körpüsünün yanında toplanan etirazçılar "Mənim suyum hanı?" şüarı səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR