İranda etiraz aksiyası zamanı polis əməkdaşı çoxsaylı bıçaq zərbəsi alıb

İranda etiraz aksiyası zamanı polis əməkdaşı çoxsaylı bıçaq zərbəsi alıb
# 27 noyabr 2021 04:15 (UTC +04:00)

İranın İsfahan şəhərində su qıtlığına qarşı etiraz aksiyaları zamanı bir neçə polis əməkdaşı yaralanıb, onlardan biri bıçaqlanıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə eyniadlı vilayətin polis rəisi Məhəmməd Rza Mirheydari bildirib.

“Etirazçılardan bəziləri polisə qarşı daş və partlayıcıdan istifadə etdiyi üçün bir neçə həmkarımız xəsarət alıb. Bəzi mülki şəxslər də yüngül xəsarət alıb”.

Polis rəisi əlavə edib ki, polis əməkdaşlarından birinə çoxsaylı bıçaq zərbələri vurulub: “O, bir neçə saat əməliyyat olunub və hələ də xəstəxanadadır”.

Mirheydari, həmçinin bildirib ki, şəhərin şimal girişlərində “Kolt” markalı tapançalar və “Vinçester” tüfəngləri də daxil olmaqla yeddi silah tapılıb.

Qeyd edək ki, iki həftədən çoxdur ki, İranın mərkəzi əyalətlərində içməli su çatışmazlığı ilə bağlı etirazlar keçirilir. Noyabrın 21-dən etibarən Şahre-Kord şəhərində mitinqlər keçirilir. İranın bir çox şəhərlərində son bir neçə onilliyin ən pis quraqlığı səbəbindən su qıtlığı müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR