İranda koronavirusdan ölənlərin sayı 90 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 90 mini keçib
# 29 iyul 2021 14:54 (UTC +04:00)

İranda ötən sutka ərzində 292 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 90 074 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 34 433 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 3 826 447 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR