İranda koronavirusdan ölənlərin sayı 106 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 106 minə çatır
# 28 avqust 2021 14:52 (UTC +04:00)

İranda ötən sutka ərzində 614 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib. Bununla da İranda bu virusdan ölənlərin sayı 105901 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 26034 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4895448 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR