İranda koronavirusdan ölənlərin sayı 119360 nəfərə yüksəlib

İranda koronavirusdan ölənlərin sayı 119360 nəfərə yüksəlib
# 26 sentyabr 2021 15:25 (UTC +04:00)

İranda ötən sutka ərzində 288 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 119360 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13792 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5533520 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR