İranda koronavirusdan ölənlərin sayı 130 446 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 130 446 nəfərə çatıb
# 08 dekabr 2021 14:55 (UTC +04:00)

İranda ötən sutka ərzində 90 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 446 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3309 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 144 644 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR