İranda koronavirusdan ölənlərin sayı 130 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 130 mini keçib
# 03 dekabr 2021 15:29 (UTC +04:00)

İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 130 066 nəfərə yüksəlib.

İranda son sutka ərzində 3 603 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 129 199 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR