İranda koronavirusdan ölənlərin sayı 82 965 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 82 965 nəfərə çatıb
# 20 iyun 2021 15:45 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 111 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 82 965 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8161 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 095 135 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR