İranda koronavirusdan ölənlərin sayı 85 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 85 mini keçib
# 06 iyul 2021 13:44 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 146 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 85 095 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 16 080 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 286 923 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR