İranda koronavirusdan ölənlərin sayı 88 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 88 mini keçib
# 22 iyul 2021 14:44 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 226 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 88 063  nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 313  nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 623 840 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR