İranda koronavirusdan ölənlərin sayı 90 996 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 90 996 nəfərə çatıb
# 01 avqust 2021 14:02 (UTC +04:00)

İranda ötən sutka ərzində 366 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 90 996 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 32 511 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 3 903 519 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR