İranda məktəb divarı uçub, xəsarət alanlar var

İranda məktəb divarı uçub, xəsarət alanlar var
# 30 oktyabr 2021 17:30 (UTC +04:00)

İranda məktəb divarı aşıb, xəsarət alanlar var.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Gülüstan əyalətində Əliabad-e Kətul şəhərində məktəbin divarının uçması nəticəsində 7 şagird və 3 müəllim xəsarət alıb.

Hadisənin bu gün səhər məktəbin yaxınlığında aparılan tikinti işləri səbəbindən baş verdiyi bildirilir.

Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR