İranda “Mirsad-16” Hava Hücumundan Müdafiə sistemi uğurla sınaqdan keçirilib

İranda “Mirsad-16” Hava Hücumundan Müdafiə sistemi uğurla sınaqdan keçirilib
# 31 avqust 2021 14:55 (UTC +04:00)

İranda yeni nəsil “Mirsad-16” Hava Hücumundan Müdafiə (HHM) sistemini sınaqdan keçirilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, İranın Mərkəzi səhrasında keçirilən sınaqda təyin olunmuş hədəflər uğurla məhv edilib.

İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin Əməliyyatlar üzrə komandir müavini, briqada generalı Məhəmməd Xoşqəlb bildirib ki, “Mirsad-16” HHM sistemi yerli mütəxəssislər tərəfindən yeni texnologiyalarla hazırlanıb.

O qeyd edib ki, “Mirsad-16” HHM sistemi yüksək sürətlə aşağıdan uçan müxtəlif növ “Kruz” raketlərini də məhv etməyə qadirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR