İranda namizədlər prezident seçkilərində İbrahim Rəisini qələbə münasibəti ilə təbrik etməyə başlayıb

İranda namizədlər prezident seçkilərində İbrahim Rəisini qələbə münasibəti ilə təbrik etməyə başlayıb
# 19 iyun 2021 10:32 (UTC +04:00)

İranda prezidentliyə namizəd, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsin Rezayi digər namizəd - məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik edib.

APA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb.

Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Möhsin Rezayi, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Himməti olub.

Hazırkı Prezident Həsən Ruhani seçkilərə qatılmayıb.

Ekspertlər seçkilərdə Ali dini lider Əli Xameneinin dəstəklədiyi İbrahim Rəisinin qələbəsini proqnozlaşdırırdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR